UEFA Çempionlar Liqasının Liqa mərhələsində V tura yekun vurulub.
İndex.az xəbər verir ki, turun son oyun günündə daha 9 görüş baş tutub.
"Qarabağ"ın rəqiblərindən "Liverpul" evdə PSV-yə 1:4 hesabı ilə məğlub olub, "Ayntraxt" isə səfərdə "Atalanta"ya ilə 0:3 hesabı ilə yenilib.
"Real" səfərdə "Olimpiakos"un qonağı olub. Qarşılaşma qonaqların 4:3 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşmada "Kral klubu"nun bütün qollarını Kilian Mbappe vurub. PSJ isə doğma meydanda "Tottenhem"ə 5:3 hesab ilə qalib gəlib.
