"Twitter"in yeni simvol limitini 4000 edir.
Bir müddətdir ki, "Twitter"in hazırkı 280 simvol limitinin dəyişdiriləcəyi ilə bağlı xəbərlər yayılmışdı.
İndex.az xəbər verir ki, sosial media platformasından verilən rəsmi açıqlama ilə "Twitter"in yeni simvol limiti 4000 olduğu bildirildi.
"Twitter" həmçinin platformaya qalın hərflərin istifadəsi, şrift ölçüsü kimi format dəyişiklikləri əlavə etmək, bununla yanaşı daha uzun tvitlər göndərilməsini təşkil etmək istəyir. Twitter-in hazırkı 280 simvol limiti həyatımıza 2017-ci ildə daxil olub və bundan əvvəl simvol limiti 140 idi.
