Türkiyə Müəssisə və İş Dünyası Konfederasiyası (TÜRKONFED) Kahramanmaraş mərkəzli zəlzələlərin iqtisadi təsirləri ilə bağlı hesabat hazırlayıb.
İndex.az xəbər verir ki, TÜRKONFED-in "2023-cü ildə Kahramanmaraş Zəlzələsinin Fəlakət Vəziyyəti Hesabatı" başlıqlı hesabatında Mərmərə zəlzələsi məlumatlarından istifadə edilən metodologiya ilə Kahramanmaraş zəlzələlərinin 84,1 milyard dollar maddi ziyana səbəb olacağı bildirilir.
Proqnozlaşdırılan zərərin 70,75 milyard dollarının mənzillərə görə, 10,4 milyard dollarının milli gəlir itkisinə görə və 2,91 milyard dollarının iş günlərində bəzi iş yerlərinin qapalı olmasına görə olacağı təxmin edilir.
Bununla yanaşı TÜRKONFED-in hesabatında Kahramanmaraş zəlzələlərinin 72 min 663 insan itkisinə səbəb olacağı da göstərilib.
