Türkiyədə sosial media kanallarından olan "Twitter"ə bir müddətdir ki, daxil olmaq mümkün deyil.

İndex.az xəbər verir ki, Bəzi istifadəçilər tətbiqə daxil ola bilmədiklərini, bəziləri isə saytın açıldığını, lakin yeni yazıların yüklənmədiyini bildiriblər.

"Twitter"dən əlavə bəzi istifadəçilərin məşhur video paylaşma proqramı "TikTok"a da daxil olmaqda problem yaşadığı bildirilir.

Qlobal mənbələr "Twitter" və "TikTok"da problemlər aşkar etməsə də, bu halın Türkiyə ilə bağlı ola biləcəyini gündəmə gətirir.

Nazirlik rəsmiləri və AFAD sosial şəbəkələrdə yalan məlumatların yayılması ilə bağlı narahatlığını daim dilə gətirirdi. Verilən açıqlamalarda bəzən zərərli, bəzən də yalan məlumatların xilasedici komandaların yanlış yerlərə getməsinə səbəb olduğu vurğulanırdı.