Kahramanmaraş şəhərində baş verən və 10 əyaləti əhatə edən 7,6-7,7 bal gücündə zəlzələlərdən sonra Türkiyəyə ilk yardımı Azərbaycan edib.

İndex.az xəbər verir ki, zəlzələ baş verən an dövlətimiz və xalqımız Türkiyəyə yardım çatdırmaq üçün səfərbər olub.

 

Azərbaycan axtarış-xilasetmə qrupları zəlzələ günü Bakıdan yola düşərək Türkiyəyə çatan ilk xarici komanda olub. Zəlzələ zonalarında Azərbaycanın axtarış-xilasetmə və tibb personalından ibarət 867 nəfər xidmət göstərib.

Azərbaycanın xilasetmə qrupları dağıntılar altından 53 nəfəri xilas etməyi bacarıb.

Azərbaycandan Türkiyəyə 10 mindən çox çadır, 2 min 400-ə yaxın generator, 20 mindən çox qızdırıcı, 32 min ədyal və təxminən 3 min ton ərzaq göndərilib.

Bununla yanaşı ölkəmiz tərəfindən zəlzələ bölgəsinə 15 milyon dollarlıq maddi yardım da edilib.

 

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) təcili tibbi yardım avtomobillərini, yanğınsöndürmə briqadasının avtomobillərini, AFAD və rəsmi axtarış-xilasetmə avtomobillərini pulsuz yanacaqla təmin edib.

Türkiyəyə yardımların toplanması və çatdırılmasında “Türkiyə Yüz ili Birlik və Dayanışma Platforması”, “Qardaş Köməyi” və Heydər Əliyev Fondu fəal rol oynayıb.

Azərbaycandan Türkiyəyə yardımlar 15 təyyarə, 395 yük maşını və 25 konteynerdən ibarət qatarla çatdırılıb.