Zəlzələdən zərər çəkmiş əyalətlərdə təcili sökülməli olan binaların sayı açıqlanıb.
İndex.az xəbər verir ki, Ekologiya, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyi Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələlərin binalara təsiri ilə bağlı açıqlama verib.
Nazirlikdən verilən açıqlamada bildirilib ki, zəlzələdən zərər çəkmiş 13 vilayətdə 236 min bina üçün zərərin qiymətləndirilməsi işləri aparılıb.
İlkin araşdırmalara görə zəlzələlərin təsir etdiyi 13 vilayətdə 33 min 143 binanın təcili sökülməli olduğu, 6 min 849 binanın orta, 59 min 995 binanın isə yüngül zədələndiyi müəyyən edilib.
Nazirliyin açıqlamasında zərərin qiymətləndirilməsi işlərinin davam etdiyi və bu rəqəmlərin artacağı vurğulanıb.
