Egey dənizinin Türkiyənin Bodrum sahillərinə düşən ərazisində qanunsuz miqrantları daşıyan rezin qayıq batıb.

İndex.az "TRT Haber"ə istinadən xəbər verir ki, hadisə nəticəsində 14 nəfər ölüb.

Ərazidəki axtarış-xilasetmə işlərinə dörd Sahil Mühafizə qayığı, Sahil Mühafizə dalğıc qrupu, helikopter və çoxsaylı heyət cəlb olunub.

İki nəfərin xidmət əməkdaşları tərəfindən xilas edildiyi bildirilir. İtkin düşdüyü ehtimal olunan daha 2 şəxsin axtarış-xilasetmə işləri davam edir.