Türkiyənin İzmir vilayətində meşə yanır.

İndex.az “Hürriyət”ə istinadən xəbər verir ki, hadisə Dikili rayonunda qeydə alınıb.

Yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə edilir. Hadisə yerinə 4 təyyarə, 1 helikopter, 14 su tankeri, 4 su təchizatı avadanlığı, 1 dozer və 1 briqada göndərilib.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.

Hadisənin səbəbi hələ ki məlum deyil.