İlon Mask Türkiyədə baş verən zəlzələdən sonra açıqlama verib.
İndex.az xəbər verir ki, İlon Mask zəlzələdən sonra Türkiyəyə "Starlink" peyklərindən istifadə etməyi təklif edib:
“Türkiyə hökuməti razılaşan kimi "SpaceX" şirkətimiz "Starlink" peyklərimizi Türkiyəyə göndərə bilər”.
Lakin cavabında Türkiyə tərəfinin səlahiyyətli şəxsi "Bloomberg"in hesabatına görə "Türksat"ın tutumunun kifayət olduğunu bildirib.
"Starlink təklifinə görə təşəkkür edirəm. Türksatın kifayət qədər peyk tutumu var".
