""Trendyol"un Azərbaycanda 2 milyondan çox müştərisi var".
İndex.az xəbər verir ki, bunu "Trendyol Qrup"un baş icraçı direktoru Erdem İnan Bakıda keçirilən Inmerge İnnovasiya Sammitində bildirib.
"Biz 20 milyondan çox məhsulun Azərbaycandakı müştərilərimizə çatdırılmasına dəstək olmuşuq", - deyə o əlavə edib.
Erdem bəy əlavə edib ki, "Trendyol" Azərbaycan bazarının potensialına inanır.
