Milyarder iş adamı İlon Mask son vaxtlar yalnız ABŞ-da keçirilən seçkilərlə gündəmə gəlib.
İndex.az xəbər verir ki, seçki prosesinin ilk günlərindən Donald Trampa açıq dəstək verən Mask, Trampın qalib gəlməsi üçün təxminən 120 milyon dollar xərcləyib.
Lakin bu vəziyyət Donald Trampın seçkilərdə qalib gəlməsi ilə tamam başqa nöqtəyə çevrildi. Seçkilərin nəticələrinin bəlli olmasından sonra ABŞ birjalarında yüksəliş İlon Maskın sərvətini artırıb. "Bloomberg" və "Forbes"in milyarderlər indeksinə görə, İlon Mask cəmi 24 saat ərzində 20 milyard dollardan çox qazanıb.
Son məlumatlara görə, "Bloomberg Milyarderlər İndeksi"nə görə İlon Maskın sərvəti 290 milyard dollara çatıb. "Forbes Milyarderlər Siyahısı"ndakı məlumatlar İlon Maskın sərvətinin 285,6 milyard dollar olduğunu göstərir.
