2025-ci il yanvarın 20-də prezidentliyə başlayacaq Tramp "SoftBank" Qrupunun Baş İcraçı Direktoru (CEO) Masayoşi Son ilə görüşündən sonra Floridadakı Mar-a-Laqo malikanəsində mətbuat konfransı keçirib.

İndex.az xəbər verir ki, Tramp "SoftBank" Qrupunun baş direktoru Masayoshi Son ilə çox məhsuldar görüş keçirdiklərini ifadə edib.

""SoftBank"ın Amerikaya 100 milyard dollar sərmayə qoyacağını və ən azı 100 min amerikalıya iş imkanı təmin edəcəyini bildirməkdən çox həyəcan hissi keçirirəm", - Tramp deyib.

Sözügedən sərmayənin Masayoshi Sonun seçkidən sonra ABŞ-a qarşı nikbin hiss etməsindən qaynaqlandığını ifadə edən Tramp, bir çox başqa investorun da böyük məbləğdə sərmayə ilə gəldiyini qeyd edib.