"Associated Press" (AP) tərəfindən dərc edilən qeyri-rəsmi məlumatlara görə, 50 ştatdan 45-də nəticələr açıqlanarkən, Tramp təxminən 71 milyon səs toplayıb.
İndex.az xəbər verir ki, rəqibi Harrisin aldığı səslərin sayı təxminən 66 milyon 100 min olaraq qalıb.
ABŞ-ın ümumi səs sayında Harrisin irəlidə olduğunu göstərən sorğuların əksinə, Tramp 50 ştatdan 27-də rəqibinə qalib gələ bilib. Harris 18 ştatda, eləcə də Vaşinqton bölgəsində seçkilərdə qalib gəlib. Trampın səs payı isə 51% olub.
