ABŞ prezidenti Donald Tramp iyunun 9-dan etibarən 12 ölkə vətəndaşlarının ABŞ-a səyahətini qadağan edən fərman imzalayıb.
İndex.az xəbər verir ki, həmin ölkələr Əfqanıstan, Myanma, Çad, Konqo Respublikası, Ekvatorial Qvineya, Eritreya, Haiti, İran, Liviya, Somali, Sudan və Yəməndir.
Yeddi ölkə isə qismən qadağaya məruz qalıb: Burundi, Kuba, Laos, Sierra Leone, Toqo, Türkmənistan və Venesuela.
