2022-ci ilin yanvar-iyul aylar ərzində Azərbaycandan xaricə 10 677,11 ton meşə fındığı ixrac edilib.

İndex.az Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən xəbər verir ki, bu ilin 7 ayında ölkəmizdən xaricə ixrac etdiyi fındığın dəyəri 59 milyon 384,92 min ABŞ dolları təşkil edib.

Bu, ötən ilin yanvar-iyul ayları ilə müqayisədə həcm baxımından 50,43%, dəyər baxımından isə 40,43% çoxdur.

Azərbaycanın fındıq ixracı 2022-ci ilin ilk 7 ayının ixracına nisbətən 0,26%, qeyri-neft sektoru üzrə ixracına nisbətən isə 3,53% təşkil edib.

Bununla da bu ilin 7 ayında fındığın 1 tonunun orta satış qiyməti 5 562 dollar, 1 kiloqramı isə ortalama 5,56 dollara başa gəlib.

Bir sözlə, Azərbaycanın xarici ölkələrə satdığı bir kiloqram fındığın orta satış qiyməti 9 manat 45 qəpik təşkil edib.

Mirəli Qasımov - İndex.az