"Apple" Türkiyədə baş verən zəlzələdən sonra bərpa işlərində yardım edəcəyi ilə bağlı məlumat yayıb.

İndex.az xəbər verir ki, texnologiya nəhəngi "Apple"ın baş direktoru Tim Kuk, Türkiyədə baş verən zəlzələ ilə bağlı sosial media hesabından paylaşım edərək zəlzələdə həyatını itirənlərə başsağlığı verib.

Kuk "Twitter" hesabında etdiyi paylaşımda qeyd edib ki, "Apple" yardım və bərpa işlərində Türkiyəyə kömək edəcək:

"Apple yardım və bərpa işlərinə ianə verəcək".