Elektrik avtomobillərin istehsalçısı "Tesla" şirkəti elan etdiyi böyük endirim kampaniyasından sonra tələbatın artması səbəbindən fevral və mart aylarında Şanxay fabrikində istehsalı artırmağı düşünür.
İndex.az xəbər verir ki, şirkətin planlaşdırma qeydinə əsasən, fevral və mart aylarında Şanxay fabrikində həftədə orta hesabla 20 min avtomobil istehsal ediləcək.
"Tesla" CEO-su İlon Mask keçən həftə adıçəkilən avtomobillərdə qlobal qiymət endirimlərindən sonra yanvar ayında sifarişlərin təxminən iki dəfə artdığını açıqladı.
