"Tesla" gələn ayın ilk günü 25 000 dollara pərakəndə satışı planlaşdırılan ən ucuz elektrik avtomobilini təqdim edə bilər.
İndex.az xəbər verir ki, İlon Mask 2016-cı ildə elan etdiyi "Master Plan 2"nin əsas elementlərindən biri istehsal və satışları əhəmiyyətli dərəcədə artıracaq "Model 3" sedanının buraxılması idi.
Bu yaxınlarda keçirilən konfrans zamanı Mask "Tesla"nın "Cybertruck" və "Semi" mühəndisliyini tamamladığını və hal-hazırda "Model 3" və "Model Y"nin dəyərinin yarısına başa gələn platforma ilə daha yığcam yeni nəsil model üzərində işlədiklərini söylədi.
Bazara çıxarılacaq ucuz "Tesla"nın təxminən 4,4 metr uzunluğunda hetçbek olacağı gözlənilir.
