Uzun müddətdir bazara çıxması gözlənilən və ilk tədarükləri edilən "Tesla Cybertruck" sahibləri bir müddətdir ki, üsyan edir.

İndex.az xəbər verir ki, "Cybertruck" sahibləri avtomobillərinin qısa məsafələrdə təkərlərinin aşınmasından şikayətlənirlər. İstifadəçilər 10 min km belə getməyən avtomobillərinin təkərlərinin köhnəldiyini və yararsız hala düşdüyünü iddia edirlər.

"Cybertruck Owners Club"ın üzvü üç aylıq "Cybertruck" avtomobilinin cəmi 10.061 kilometr getdiyini, lakin artıq təkərlərin dəyişdirilməsi ehtiyacı ilə üzləşdiyini bildirdi. İstifadəçi təkərlərin aşınmasının istehsal qüsuru ola biləcəyini iddia edir.

Avtomobilin çəkisi və onun güclü mühərriki təkərlərdə əlavə təzyiq yaradır. "Tesla Cybertruck"ın çəkisi demək olar ki, 3,2 tondur və bu, təkərlərin ömrünə mənfi təsir göstərən əsas amillərdən biri kimi önə çıxır.