Bu il iyulun 1-nə Azərbaycanda 8,8 milyon ədəd təmassız bank kartı olub.

Index.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının yarım illik “Rəqəmsal Ödənişlər İcmalı”nda bildirilir.

Sənədə əsasən, bu, ötən il iyulun 1-i ilə müqayisədə 63% çoxdur.

Bu il iyunun sonuna təmassız kartlar bütün kartların 69,4%-ni təşkil edib. Bu nisbət ötən il iyunun sonuna 52% olub.