İctimai TV "Görünməyən qəhrəmanlar" silsiləsindən olan "Bizim torpaq" növbəti sənədli filmində Vətən müharibəsi ilə bağlı bilinməyənlər danışılacaq.

İndex.az xəbər verir ki, film 27 sentyabr saat 21:40-da efirə veriləcək.

Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Tehran Mənsimov da "Bizim torpaqda" yer alıb. O, ordumuzun Xankəndini işğaldan azad etməsini an məsələsi hesab edib:

"Azərbaycan Ordusu Şuşanı işğaldan azad etdisə, Xankəndini geri qaytarmaq hər anın məsələsidir", - deyə o qeyd edib.