"Plai Biang Lek" adlı fil Taylandın şimal-şərqindəki Nakhon Ratchasima əyalətindəki Khao Yai Milli Parkı yaxınlığındakı marketə yemək axtarmaq üçün girib.
İndex.az xəbər verir ki, təhlükəsizlik kamerası görüntülərində nəhəng filin mağazanın içərisinə çətinliklə yerləşdiyi və təxminən 10 dəqiqə ərzində rəflərdə qəlyanaltı yediyi əks olunub. Market sahibi nəhəng fili çubuqla qovub. Fil bir müddət qonşu evin bağçasında gəzib, sonra ərazini tərk edib.
Market sahibi Ploy fillərin vaxtaşırı ərazidən keçdiyini, lakin onlardan birinin yemək üçün ilk dəfə girib yediyini söyləyib. Dükana təxminən 1000 Baht maddi ziyana uğradığını bildirən Ploy, filin xüsusilə düyü kraker və toyuq yumurtası yediyini bildirib.
Milli park rəhbərliyinin və yerli əhalinin tanıdığı filin illərdir eyni ərazidə yaşadığı, lakin ilk dəfədir ki, bu şəkildə mağazaya girərək yemək axtardığı bildirilib. Vəhşi fil əhalisinin 3000 ilə 3500 arasında olduğu təxmin edilən Taylandda fillər sürülər halında gəzir və yemək axtarmaq üçün arabir yaşayış məntəqələrindəki tarlalara və bağlara girirlər. Ancaq yaşayış massivində gün ərzində filin təkbaşına marketə girməsi rayonda nadir hal kimi qeydə alınıb.
[video width="1080" height="1080" mp4="https://index.az/wp-content/uploads/2025/06/0ef871ec384c48b597a25b6b9a2b6024.mp4"][/video]
