NASA-nın "Europa Clipper" kosmik gəmisi bu yaxınlarda "SpaceX Falcon Heavy" raketi ilə buraxılaraq Yupiterin xüsusi peyki "Europa"ya doğru səyahətə başlayıb.
İndex.az xəbər verir ki, "Europa Clipper" NASA tərəfindən başqa bir planet üçün inşa edilən ən böyük kosmik gəmi olmaqla yanaşı, həm də Yerdən kənarda okean dünyasını tədqiq edən ilk missiyadır.
Ümumilikdə 2,9 milyard kilometr yol qət edəcək 5,2 milyard dollarlıq kosmik gəmi azmış effekti ilə daha da sürətlənmək üçün Mars (2025-ci ilin fevralı) və Yerin (dekabr 2026) yanından keçəcək.
2030-cu ildə Yupiter orbitinə çıxacaq "Europa Clipper", "Europa"ya 49 yaxın keçidlə peykin səthini və daxili quruluşunu araşdıracaq.
