"Tarif Şurasının 26 iyul 2022-ci il tarixli “Ölkə daxilində neft məhsullarının tariflərinin tənzimlənməsi barədə” 4 saylı Qərarı benzin (Aİ-92) və dizelin pərakəndə satış qiymətinin bahalaşmasını nəzərdə tutmur".
Index.az xəbər verir ki, bunu iqtisadçı Samir Əliyev deyib.
Onun sözlərinə görə, bu qərar istehsalçının gəlirlərinin azalmasını, təchizatçı və pərakəndə satıcıların gəlirlərinin isə artmasını nəzərdə tutur:
"Belə ki, avqust ayının 1-dən sonra Aİ-92 benzini satan istehsalçının qazancı hər ton üçün 6 manat azaldığı halda, təchizatçının qazancı hər ton üçün 2 manat, yanacaqdoldurma məntəqələrinin qazancı isə hər ton üçün 8 manat artacaq. Qərara əsasən, Aİ-92 benzinin hər tonunun istehsalı qiyməti 695,75 AZN-dən 689,78 AZN-ə düşüb, təhizatçının qazancı isə 18 AZN-dən 20 AZN-ə yüksəlib. Dizel yanacağı üzrə də analoji vəziyyətdir. Yeganə olaraq istehsalçı dizeli 7,2 AZN ucuz, yəni 574,69 AZN-ə satmalı olacaq.
