, Azərbaycan Mərkəzi Bankında (AMB) baş direktor vəzifəsinə təyinat olub.

Məlumata görə, AMB-nin sədri Taleh Kazımovun 20 iyul 2022-ci il tarixli əmri ilə Gülər Azər qızı Paşayeva sözügedən vəzifəyə təyin edilib.

Bəs Gülər Paşayeva kimdir? İndex.az yeni baş direktorun dosyesini təqdim edir:

İxtisasca hüquqşünas olan G. Paşayeva əmək fəaliyyətinə 2011-ci ildə “PAŞA Bank” ASC-də kassir vəzifəsində başlayıb, 2012-ci ilin yanvar-avqust aylarında bankın Korporativ sənədlərlə İş və protokol təminatı departamentinin icraçısı, 2012-2013-cü illərdə Hüquq və təşkilati işlər departamentinin Korporativ katiblik şöbəsinin kolleqial orqanlarla iş üzrə koordinatoru, 2013-2015-ci illərdə həmin departamentin Hüquq şöbəsinin məsləhətçisi, 2015-2021-ci illərdə Korporativ katiblik şöbəsinin rəhbəri, 2021-2022-ci illərdə Korporativ idarəetmə və inzibatçılıq departamentinin direktoru vəzifələrində çalışıb.

Bu il iyunun 1-dən isə AMB-nin komandasına qoşulub, sədrin müşaviri olub.

Əlavə edək ki, G. Paşayeva AMB rəhbərliyində vəzifə alan ilk xanımdır.