ABŞ-ın ən böyük banklarından biri olan SVB-nin iflası qızıla müsbət təsir edib.

İndex.az xəbər verir ki, SVB-nin iflasından sonra bazarın təhlükəsiz yatırımlara yönəlməsi ilə qızıl çərşənbə günü 3%-ə qədər yüksələrək bu ayın ən yüksək səviyyəsinə çatıb.

Hazırda qızılın unsiyasının qiyməti 1873 dollar civarındadır.

Digər tərəfdən, ABŞ-ın ötən həftəki məlumatlarından sonra FED-in faiz artımını artıra biləcəyi düşüncələrini gücləndirdi və iqtisadiyyatda qarışıq mənzərə yaratdı.

Çərşənbə axşamı açıqlanacaq inflyasiya məlumatlarının FED-in növbəti addımının müəyyən edilməsində kritik rol oynayacağı gözlənilsə də, SVB-nin iflasının da FED-in qərarına təsir göstərməsi ehtimalı var.