“Silikon Vadisi Bankı”nın iflası Asiya səhmlərinə mənfi təsir edib
İndex.az xəbər verir ki, ABŞ tənzimləyicilərinin “Silikon Vadisi Bankı” (SVB) ilə əlaqəli əmanətçilərə və maliyyə institutlarına dəstək vermə planları Asiya-Sakit Okean bazarlarında qiymətlərə mənfi təsir edib.
Belə ki, Yaponiyada “Topix” 2,02%, “Softbank” 2%, “Nikkei 225” 1,56% ucuzlaşıb.
Avstraliyada “S&P/ASX 200” 0,22% ucuzlaşıb.
Cənubi Koreyada “Kosdaq” 0.8% dəyər itirib.
Honkonqda isə əksinə olaraq “Hang Seng” indeksi 1,35%, “Hang Seng Tech” indeksi isə 2,59% artıb.
Çində “Şenzen Komponenti” 0,1% ucuzlaşarkən, “Şanxay Kompoziti” 0,4% yüksəlib.
