"Google"un yeni süni intellekti "Bard"ın, təqdimat zamanı verdiyi səhv cavablara görə "Alphabet" 100 milyard dollar itirdi.

İndex.az xəbər verir ki, "Google"un yeni çatbotu "Bard" reklam videosunda yalnış cavablar verdiyindən "Alphabet"in bazar dəyəri 100 milyard dollar (9%) azalıb.

"Google"un ana şirkətinin rəqibi olan "Microsoft"un səhmləri isə həmin gün 3% artıb.

"Bard"ın səhvi "Google" tərəfindən təqdimatdan bir qədər əvvəl aşkar edilib. "Alphabet" "Bard"ın mürəkkəb mövzuları sadələşdirməyə kömək edəcəyini vəd edərək "Twitter"də

"Bard"ın qısa bir GIF-ini yerləşdirib. Lakin "Bard"ın cavabları səhv olub.

Reklamda "Bard"dan "James Webb" kosmik teleskopunun kəşfləri haqqında nə deyə biləcəyi soruşulub. "Bard" isə teleskopun bir ekzoplanetin və ya Yerin ekzoplanetlərinin ilk şəkillərini çəkmək üçün istifadə edildiyini, lakin NASA tərəfindən təsdiqləndiyi kimi, ekzoplanetlərin ilk şəkillərinin 2004-cü ildə "Avropa Cənub Rəsədxanası"nın çox böyük teleskopu (VLT) tərəfindən çəkildiyini söyləyərək yalnış cavab verib.