Yeni virus növlərinin kəşfi virusların gizli dünyasını daha da işıqlandırır.
İndex.az xəbər verir ki, Avstraliya və Çin alimlərinin birgə işi nəticəsində süni intellekt texnologiyası ilə yeni növ RNT (ribonuklein turşusu) virusları aşkar edilib.
Sidney Universitetinin internet saytında verilən açıqlamaya görə, Sidney Universiteti və Çin Milli Təbiət Elmləri Fondu da daxil olmaqla bir çox institutun tədqiqatçıları, süni üsullarla genetik materialı RNT olan 161 min 979 yeni virus növü aşkar ediblər.
