İtaliya mətbuatında bu ilin əvvəlində "Stellantis" və "Renault" şirkətlərinin birləşməsinə dair şayiələr yayılmağa başladı.

İndex.az xəbər verir ki, "Stellantis" və "Renault" rəhbərləri iki avtomobil nəhənginin yeni avtomobil supergücü yaratmaq üçün birləşə biləcəyinə dair xəbərləri qəti şəkildə təkzib ediblər.

Bu birləşmədə məqsədin  "Volkswagen Qrup"unu ötüb keçə biləcək Avropada yeni avtomobil nəhəngi yaratmaq olduğu iddia edilirdi.

Üstəlik, Fransa prezidenti Emmanuel Makronun bu ideyanı dəstəklədiyi barədə fərziyyələr var.

Ancaq bu yaxınlarda "Stellantis"in baş direktoru Karlos Tavares bu xəbərləri sırf spekulyasiya adlandırıb.

Bundan əlavə, "Renault"un baş direktoru Luka de Meo da bu iddiaları təkzib edib.