Sentyabrın ilk günlərində Yala Milli Parkından yüzlərlə kəpənəyi qaçaqmalçılıq yolu ilə keçirməyə cəhd etdikləri üçün İtaliya pasportuna malik iki şəxs 180 min 425 avro cərimələnib.
İndex.az xəbər verir ki, bu, Şri-Lankada "vəhşi təbiət cinayətlərinə" görə tətbiq edilən ən yüksək cərimə olub.
68 yaşlı Luici Ferrari və onun oğlu 28 yaşlı Mattia qanunsuz olaraq kəpənək və həşərat toplamaq, saxlamaq və daşımaqda təqsirli biliniblər.
İtaliyanın şimalındakı Modena şəhərində yaşayan ata və oğul sentyabrın 24-dək pulu ödəməsələr, 2 il həbs cəzası alacaqlar.
Park mühafizəçiləri ikilinin maşınlarının yük yerindən içərisində 92 növ kəpənək və həşərat olan bankalar aşkar edib və ikili mayın 8-də saxlanılıb.
İstintaq zamanı məlum olub ki, oğrular xüsusi maddə ilə kəpənəkləri və həşəratları cəzb edib və ələ keçirib, daha sonra onları yaşatmaq üçün xüsusi torbalardan istifadə ediblər.
Şri Lankada tətil etdiklərini iddia edən ata və oğulun həbsi mayın 8-dən davam edir. İkili İtaliyadakı Modenese Naturalists qrupunun üzvləri idi və həşərat həvəskarları idi.
Şri Lankanın ən məşhur vəhşi təbiət parklarından biri olan Yala Milli Parkı, təxminən 130.000 hektar əraziyə malikdir və digər heyvanlar arasında bəbirlər, fillər və camışların sıx məskunlaşdığı bilinir.
Şri-Lankada yerləşən ətraf mühitin mühafizəsi təşkilatı olan "Dilmah Conservation"a görə, ölkədə 245 növ kəpənək yaşayır, onlardan 25-i bölgəyə endemikdir.
