Dünyanın qabaqcıl musiqi tətbiqləri arasında yer alan Spotify abunəçilərinin sayı üçüncü rübdə gözləniləndən çox artıb. Spotify-ın baş direktoru Daniel Ek, 2023-cü ildə qiymət artımlarının ola biləcəyini deyib.
Stokholmda yerləşən Spotify şirkətinin aylıq aktiv istifadəçilərinin sayı üçüncü rübdə ötən ilin eyni dövrünə nisbətən 20 faiz artaraq 456 milyona çatıb. Proqnoz 450,7 milyon idi.
İndex.az xəbər verir ki, ödənişli abunəçilərin 13 faiz artaraq 195 milyona çataraq proqnozu üstələyib və investorların şirkətin dünyanın inflyasiya mühitində çətin şərtlərdən sağ çıxacağına dair gözləntilərini gücləndirib.
Şirkətin üçüncü rübdə gəlirləri analitiklərin 3,02 milyard avroluq təxminlərini üstələyərək 3,04 milyard avro təşkil edib.
Şirkətin satış gəlirləri 19% artıb. Digər texnoloji nəhənglər Alphabet və Snap reklam gəlirlərinin azaldığını açıqlayıb.
Spotify-ın baş direktoru Daniel Ek, bir çox qlobal qeyri-müəyyənliyə baxmayaraq, şirkətin bütün dünyada yaxşı performans göstərdiyini bildirib. Ek, qiymət artımını nəzərdən keçirdiklərini bildirib.
Mənbə - Marja.az
