Almaniya kansleri Olaf Şolç bir sıra açıqlamaları ilə diqqəti cəlb edib.
İndex.az xəbər verir ki, Şolç Mesebergdə iki günlük nazirlər toplantısından sonra təşkil edilən mətbuat konfransında çıxışı zamanı bildirib ki, Almaniya iqtisadiyyatı azalan işçi qüvvəsi ilə yaşıl iqtisadiyyata çevrilsə də, önümüzdəki illərdə işsizlik problemi tamamilə həll olunacaq.
Almaniya iqtisadiyyatını Rusiya-Ukrayna müharibəsi ilə ortaya çıxan enerji böhranından çıxarmağı bacardıqlarını söyləyən Şolç böhranın qarşısını almaq üçün böyük məbləğlər ortaya qoyduqlarını dilə gətirib.
Şolç, Almaniyanın 2045-ci ilə qədər karbondan təmizlənəcəyinə və rəqəmsallaşma sayəsində iqtisadiyyatın rəqabət qabiliyyətini gücləndiriləcəyinə dair söz verib.
Almaniyanın enerji tutumlu sənayesi üçün qalıq yanacaqlardan bərpa olunan enerjiyə keçidin çətin olacağını qiymətləndirən Şolç bildirib ki, 2030-cu ilə qədər 40-dan çox futbol meydançasına bərabər olan 4-5 yeni külək turbini və günəş panelləri quraşdırmalıdır.
