Ölkə ərazisində hava şəraitinin dəyişməsi, qeyri-sabit, küləkli keçməsi ilə bağlı Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib.

Bu barədə İndex.az-a "Azneft" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, təhlükəli işlərin görülməsi məhdudlaşdırılıb, əmək normaları çərçivəsində insan sağlamlığının qorunması üçün müvafiq tədbirlər həyata keçirilib.

Bütün sahələrdə müvafiq məlumatlandırma aparılır, mövcud vəziyyət nəzarətdə saxlanılır.