2021-ci ildə "SOCAR Polymer" zavodunun istehsal həcmi 44% artıb.
Bu barədə İndex.az-a Azərbaycan Dövlət Neft Şirkətindən (SOCAR) məlumat verilib.
Bildirilib ki, ötən il ərzində "SOCAR Polymer" zavodunun ixrac gəlirləri 152% artıb.
Həmçinin, 2021-ci ildə "SOCAR Karbamid" zavodunun istehsal həcmi 197,3% artıb. Ötən il zavodun ixrac gəlirləri isə 11 dəfə artıb.
