Bu ilin birinci rübündə Azərbaycanın dövlət büdcəsinin neft sektoru üzrə gəlirləri 3 860 milyon manat təşkil edib.

İndex.az Maliyyə Nazirliyinə istinadən xəbər verir ki, bunun da 59,2 %-ni və yaxud 2 284 milyon manatını vergi orqanlarının xətti ilə daxilolmalar, 40,8 %-ni və yaxud 1 576 milyon manatını Dövlət Neft Fondundan transfert təşkil edib.

Məlumata görə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə daxil olmuş vəsaitin 67,7 %-i və yaxud 1 545,7 milyon manatı "Şahdəniz" yatağı üzrə mənfəət vergisi, 22,5 %-i və yaxud 513,1 milyon manatı Dövlət Neft Şirkətinin (SOCAR) ödədiyi müvafiq vergilər, 9,8 %-i və yaxud 225,2 milyon manatı isə Azərbaycan Beynəlxalq Əməliyyat Şirkətinin ödədiyi mənfəət vergisi olub.