Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) yeni təyinat olub.
İndex.az xəbər verir ki, SOCAR-ın İnteqrə olunmuş Planlama, Optimizasiya və Loqistika seqmentinə yeni İcraçı direktorun müavini təyin olunub.
Bu vəzifəyə İkinci “Yüksəliş” müsabiqəsinin qalibi Şöhrət İsa-zadə gətirilib.
Qeyd edək ki, Şöhrət İsa-zadə 1990-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində İstehsalat və xidmət sahələrinin iqtisadiyyatı və idarəedilməsi ixtisası üzrə bakalavriat, Sənayenin təşkili və idarə olunması ixtisası üzrə magistratura təhsili alıb
Hər iki təhsilini fərqlənmə ilə bitirib. İqtisadçı kimi neft sənayesinə dənizdə başlayıb. Neft sənayesinin müxtəlif sektorlarında - “Upstream”, “Downstream”, “Midstream”, Xidmət kimi sahələrdə fəaliyyət göstərib. Eyni zamanda, SOCAR-da dəyər zəncirinin idarəedilməsində, qurulmasında yaxından iştirak edib.
