“Azəriqaz” İstehsalat Birliyi smart kart tipli sayğaclarının fəaliyyətində yaranmış problemlərdən xəbərdardırlar, lakin smart kartlara ödəniş edilməməsinin səbəbi terminallardır.

Bu barədə İndex.az-ın sorğusuna cavab olaraq “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Məlumatda qeyd edilir ki, ödəmə terminallarında karta pul yükləmək mümkün olmur.

“Azəriqaz”-ın sayğacları və smart kartlarında heç bir problem yoxdur. Yaranan narahatlıq terminallardakı texniki nasazlıq səbəbindən baş verib”,- deyə qurumdan bildirilib.

Qeyd edək ki, qazla bağlı tətbiq olunan limitin sıfırlanmasından sonra “Azəriqaz”ın smart kart tipli sayğaclarının fəaliyyətində problem yaranıb. Abonentlər bununla bağlı sosial şəbəkələrdə bildiriblər ki, problem dekabrın 31-dən yanvarın 1-nə keçən gecədən qeydə alınmağa başlayıb.