Slovakiyanın şərqində qatarların toqquşması nəticəsində təxminən 100 nəfər xəsarət alıb.

İndex.az xəbər verir ki, bu barədə Slovakiya KİV-ləri ölkənin daxili işlər naziri Matuş Şutay-Eştoka istinadən bildirib.

İki nəfərin vəziyyəti kritikdir.

Nazirin sözlərinə görə, qəzanın ilkin səbəbi qatarlardan birinin maşinistinin diqqətsizliyi olduğu ehtimal edilir.