Bu ilin yanvar-aprel aylarında Azərbaycandakı 16 sığorta şirkətinin xətti ilə 588,466 milyon manat sığorta haqqı toplanılıb.

İndex.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrünə nisbətən 8,4 % çoxdur.

Hesabat dövründə sığorta şirkətlərinin həyata keçirdikləri ödənişlərin məbləği isə 231,333 milyon manat təşkil edib. Bu isə illik müqayisədə 10,4 % çoxdur.

Ötən 4 ayda sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqının 39,3 manatı ödəniş edilib. Ötən ilin eyni dövründə bu göstərici 38,6 manat olub.