Almaniyanın “Siemens” şirkəti Rusiya bazarından getdiyini açıqlayıb.

İndex.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

“Şirkət istehsal fəaliyyətini və bütün biznesini dayandırmaq üçün müvafiq prosedurlara başlayıb”, – mesajda deyilir.

Xatırladaq ki, martın əvvəlində “Siemens” Ukrayna ətrafındakı vəziyyətə və sanksiyalara görə Rusiyaya tədarükün və bütün yeni biznes layihələrinin dayandırıldığını bəyan edib.