'Shell" yanacaq qiymətlərinin artması ilə əlaqədar olaraq iki rüb ardıcıl olaraq rekord xalis mənfəət əldə etdiyini açıqlayıb.

Index.az xəbər verir ki, "Shell"in ikinci rübdə xalis mənfəəti 11,47 milyard dollara yüksəlib. Birinci rübdə bu rəqəm 9,13 milyard dollar təşkil etmişdi.

Bloomberg-in sorğusuna qatılan iqtisadçıların orta proqnozu 11,2 milyard dollar idi.