"Shell" və "Saudi Aramco" "Temasek"ə məxsus mayeləşdirilmiş təbii qaz (LNG) ticarət şirkəti "Pavilion Energy"nin aktivlərini əldə etmək üçün danışıqların son mərhələsindədir.

İndex.az xəbər verir ki, lazımi araşdırmanı başa çatdıran enerji nəhəngləri indi qiymət şərtlərini müzakirə edirlər.

Yayılan məlumatlara görə, aktivlərin dəyərinin 2 milyard dollardan çox olacağı gözlənilir.

On il əvvəl Sinqapurun dövlət investisiya şirkəti "Temasek" tərəfindən qurulan "Pavilion Energy", LNG ilə bağlı investisiyalar üzrə ixtisaslaşmışdır.

Şirkət Sinqapurun elektrik enerjisi və sənaye qazına olan tələbatının üçdə birinin LNG və boru kəməri ilə çəkilmiş təbii qaz vasitəsilə ödənilməsində əsas rol oynamışdır.

Bundan əlavə, "Pavilion Energy" dünyanın aparıcı bunker limanı olan Sinqapurdakı gəmiləri LNG ilə təmin edir.