Bugün saat 23:00-da Səudiyyə Ərəbistanı Meksika millisi ilə qarşılaşacaq. Qələbə kimin olacaq? Cavabı proqnozumuzda.

SƏUDİYYƏ ƏRƏBİSTANI

Səudiyyə Ərəbistanı öz qrupunun mübahisəsiz autsayderi hesab edilirdi. Lakin ərəblər 1-ci turda qrupun favoriti olan Argentina qarşısında inamlı oyun göstərərək mundiala qələbə ilə başladılar.

Polşa ilə dueldə ilk dəqiqələrdən rəqib qapısında böyük təzyiq göstərən Səudiyyə Ərəbistanı heç də rəqibindən geri qalmadı. Lakin gözlənilmədən qapılarından buraxdıqları qol ərəbləri həvəsdən saldı. Ardınca penlatini dəqiq yerinə yetirə bilməyən yarımada təmsilçiləri tamamilə ruhdan düşdü və çox keçmədən qapısında 2-ci qolu da gördü.

MEKSİKA

Meksika millisi Argentina ilə birlikdə qrupda pley-offa yüksəlməyə əsas namizəd hesab olunsa da, ilk turda polşanın müqavimətini qıra bilmədi. Hətta Robert Levandovski penaltini dəqiq yerinə yetirsəydi meksikalılar meydandan məğlub ayrıla bilərdilər.

2-ci turda Argentina ilə oyunda da yaxşı mübarizə aparan meksikalılar rəqibin hücumları qarşısında tab gətirə bilmədilər. Sonda 2:0 hesabı ilə məğlub olaraq qrupda sonuncu yerə gerilədilər.

PROQNOZ

Meksika millisi geridə qalan 2 turda istədiyini reallaşdıra bilmədi. Görünən odur ki, nə 1-ci turda, nə də 2-ci turda baş məşqçinin planları baş tutmayıb. Lakin bugün qələbədən başqa çıxış yolları yoxdur. Səudiyyə Ərəbistanı isə nə qədər çalışsa da oyunçularda açıq-aşkar kefiyyət çatışmır. Ya hücumdakı şansları boşa xərcləyirlər, ya da müdafiədə səhvə yol verirlər.

Fikrimizcə bugün ərəblər çətin ki, Meksika üzərində qələbəyə sevinsinlər. Tək məqsədi qələbə olan amerikalıların məğlubiyyətini gözləmirik.

İlk proqnozumuz Meksikanın qələbəsidir - 1,68

Meksika millisi indiyədək qrupda 1 qol belə vurmayıb. Lakin bugün bu seriyanı qaracaqlarına inanırıq. Hücumda təcrübəli, eyni zamanda keyfiyyətli oyunçular var və müdafiədə oturmağın mənasının olmadığını yaxşı bilirlər. Səudiyyə Ərəbistanın müdafiəsini rahat keçərək ilk dəqiqələrdən hücuma atılacaqlarını düşünürük.

İkinci mərcimiz hər iki komandanın qol vuracağıdır - 1.84

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab: 1:2 - 7.60

Səudiyyə Ərəbistanı 2-ci hissədə qol vuracaq - 2.15

Penalti olacaq - 2.05