İstanbul Ticarət Palatasının (İTP) sədri Şekib Avdagiç Çin avtomobillərinə tədbiq edilən əlavə vergi qərarını dəyərləndirib.
İndex.az xəbər verir ki, Avdagiçin sözlərinə görə, Türkiyənin Çin avtomobillərinə tədbiq etdiyi əlavə gömrük vergisi ilə bağlı qərar tamailə doğrudur.
Avdagiç bildirib ki, bununla da, Türkiyənin avtomobil sənayesi Çindən gətirilən minik avtomobillərinə qarşı balans yarada biləcək.
Sədr yeni qərara qarşı yüksələn etirazlara qısa cavab verib:
"Təbii ki, Türkiyə öz kreslosunda oturub avtomobil sənayesində həll olunması çətin problemlərin baş verməsini izləməz".
