"Tesla" səhmdarlarına İlon Maskın 56 milyard dollarlıq maaşından imtina etməyi tövsiyə ediblər.
İndex.az xəbər verir ki, vəkalət üzrə məsləhət firması "Glass Lewis" "Tesla" səhmdarlarını baş icraçı direktor İlon Maska verilən 56 milyard dollarlıq ödəniş paketindən imtina etməyə çağırıb.
Bəyanatda buna səbəb kimi ödəniş müqaviləsinin həcminin həddindən artıq olması, bu məbləğdən sui-istifadə etmə hallarının mümkünlüyü və mülkiyyətin konsentrasiyası kimi məqamlar irəli sürülüb.
Milyarderlə yaxın əlaqələrinə görə, "Tesla"nınödəniş paketləri dəfələrlə tənqidlərə məruz qalıb.
Paketdə maaş və ya pul mükafatı yoxdur və mükafatlar 10 il ərzində 650 milyard dollara yüksələn "Tesla"nın bazar dəyərinə görə müəyyən edilir.
Qeyd edək ki, LSEG məlumatlarına görə, şirkətin hazırda sərvəti təxminən 571,6 milyard dollardır.
