Rusiya prezidenti Vladimir Putinin qismən səfrəbərlik barədə açıqlamasından sonra Rusiyanın fond bazarında çöküş baş verib.

İndex.az xəbər verir ki, açıqlamadan dərhal sonra Moskva Birjasının indeksi 10% aşağı düşüb.

Qeyd edək ki, Rusiya şirkətlərinin səhmlərinin ucuzlaşması hələ Putinin çıxışından əvvəl başlamışdı – bazar nəsə ciddi hadisənin olacağını hiss etmişdi.

Çıxışdan sonra isə Moskva birjasının indeksi 

9,61% azalaraq 2002,73-ə enib. Ukrayna ilə müharibənin başladığı 24 fevraldan indiyədək birja indeksi bu qədər aşağı hədd olmamışdı.

RTS birjasının dollar indeksi isə 11,8% azalaraq 1018-ə enib.

Bir qədər sonra Moskva birjası 2100-ə qədər irəliləyərək itkinin yarısını bərpa edib.

Ən böyük ucuzlaşma «PİK» (-10%), Ozon (-9,3%), TCS (-8,9%), «Polimetalla» (-8,6%) və «Surqutnefteqaz» (-8,2%) şirkətlərinin səhmlərində müşahidə edilir.