Gecə saat 00:15-də Portuqaliya çempionatının 12-ci turu çərçivəsində "Santa Klara" doğma meydanda "Eştoril"i qəbul edəcək. Qələbə kimin olacaq? Cavab proqnozumuzdadır.

SANTA KLARA

“Santa Klara” cari mövsümdə cəmi 10 xal toplayıb və turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb. Komanda müdafiədə yaxşı oynayır. Geridə qalan 12 turda cəmi 12 qol buraxıblar. Amma "Santa Klara"nın hücum xətti bərbaddır. Beləki komanda çempionatda 8 qol vura bilib. Qeyd etmək lazımdır ki, komanda vurduğu 8 qoldan 5-ni son 5 oyunda vurub.

Klub son matçlarda "Portu" (1:1) və "Çaves" (0:0) ilə Heç-heçə edib.

EŞTORİL

"Eştoril" Portuqaliya çempionatında 16 xalla turnir cədvəlinin 11-ci pilləsində qərarlaşıb. Təəccüblüdür ki, komanda 5 turdur səfərdə uduzmur. Üstəlik, səfərdə keçirdiyi 6 matçda 3 qol buraxaraq bu göstəricidə liqanın ən yaxşılarından biri olub.

Bu yaxınlarda klub Portuqaliya kubokunda "Benfika"ya məğlub oldu (0:1).

PROQNOZ

Fikrimizcə, bugünkü matç heç-heçə ilə də başa çata bilər. "Santa Klara" çətin rəqiblərdən xal qopararaq bir neçə turdur ki, uduzmur. Bugünkü rəqibin çətin olmadığını nəzərə alsaq doğma meydanda autsayder rəqabət aparıb xal və ya xallar qazanmağa çalışacaq.

Öz növbəsində qonaqlar da yaxşı formada olmasalar belə yenə də rəqibdən bir az üstün görünürlər və çətin ki, xalsız qalsınlar.

Bizim ilk proqnozumuz heç-heçədir - 3.25

Hər 2 komandanın üstün ola biləcəyi bir oyun gözləyirik. "Santa Klara" müntəzəm olaraq doğma meydanda qol vursa da, hər tur qol da buraxır. Qonaqlar da müdafiədə yaxşı deyillər və qapılarında 5 oyunda 11 qol görüblər.

İkinci proqnozumuz - 2.5 ÜST (1.68)

BUKMEKERLƏR NƏ DEYİR?

Dəqiq hesab: 1:1 - 6.00

Hər iki komanda qol vuracaq - 1.93