"Samsung", son tərtibatçı konfransında (SDC24) "One UI 7.0" yeniləməsini təqdim edəcək.
İndex.az xəbər verir ki, yeniləmənin "beta" versiyasının yalnız tərtibatçılar üçün açıq olduğu düşünülsə də, "Samsung"un verdiyi açıqlamaya görə, bu versiya hər kəs üçün açıq olacaq.
"Apple"dan fərqli olaraq, yeniləmənin təqdim ediləcəyi gün ilə bağlı konkret bir tarix paylaşmayıb.
Digər "beta" versiyalarına nəzərən "One UI 7.0"nin "beta" versiyası iki ay gecikib.
