Türkiyədə baş vermiş 7,7 və 7,6 bal gücündə zəlzələlərdən sonra bir kömək xəbəri də "Samsung"dan gəldi.

İndex.az xəbər verir ki, "Samsung"un yaydığı məkumata görə, zəlzələ bölgəsindəki ehtiyacları qarşılamaq üçün şirkət tərəfindən 3 milyon dollar dəyərində yardım ediləcək.

Bu yardımın 1,5 milyon dolları nağd şəkildə, qalan 1,5 milyon dolları isə poverbanklar, planşetlər, məişət əşyaları, portativ ultrasəs müayinəsi cihazları, müvəqqəti yaşayış yerləri və səhiyyə müəssisələrinin dəstəklənməsi üçün istifadə olunacaq.